Fon der Lyayen Macara Macarıstan üçün Aİ vəsaitlərinin blokdan çıxarılması şərtlərini bildirib

2026/04/1777539900.jpg
Oxunub: 362     12:56     30 Aprel 2026    
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Macarıstanın yeni seçilmiş baş naziri Peter Macarla Brüsseldə keçirilən görüş zamanı Avropa İttifaqının Budapeşt üçün nəzərdə tutulan vəsaitləri hansı şərtlər daxilində dondurmadan azad edəcəyini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu gün Brüsseldə Peter Macarla çox məhsuldar müzakirə apardıq. Macarıstan üçün nəzərdə tutulan Avropa İttifaqı vəsaitlərinin dondurmadan azad edilməsinə imkan verəcək zəruri addımları müzakirə etdik”, - deyə paylaşımda qeyd edilir.

Avropa Komissiyasının prezidentinin sözlərinə görə, ölkədə mövcud olduğu iddia edilən korrupsiya və qanunun aliliyi ilə bağlı problemlərə görə ittifaq Macarıstan tərəfinə çatmalı olan ödənişləri dayandırmışdı.

Fon der Lyayenin sözlərinə görə, Avropa İttifaqının rifahı naminə Avropa Komissiyası indi Macarı dəstəkləyəcək və həmin problemləri nizamlamağa, həmçinin ümumavropa dəyərlərini yenidən bərpa etməyə kömək edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen   Macar  


Bizi "telegram"da izləyin