İran parlamentinin sədri neft qiymətlərinin 140 dollara qədər yüksələcəyini proqnozlaşdırır

2026/04/1777539847.jpg
Oxunub: 372     12:54     30 Aprel 2026    
“ABŞ tərəfindən İranın dəniz blokadası neft bazarında yeni bahalaşma dalğası yaradacaq və bir barelin qiymətini 140 dollara çatdıracaq”.

Ordu.az xəbər verir ki, bu barədə İran parlamentinin (Məclisin) sədri və ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf bildirib.

“Bu, ABŞ administrasiyasına [ABŞ-nin maliyyə naziri Skott] Bessent kimi şəxslər tərəfindən verilən növbəti faydasız məsləhət idi. Məhz onlar [İranın] blokadası siyasətini irəli aparırlar, bunun nəticəsində neft qiymətləri 120 dollar və daha yuxarı səviyyəyə çatıb. Növbəti dayanacaq 140 dollardır”, - deyə o, “X”də yazıb.

Qalibaf həmçinin qeyd edib ki, ABŞ-nin problemi “nəzəriyyədə deyil, düşüncə tərzindədir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qalibaf   Neft  


Bizi "telegram"da izləyin