ASELSAN 125,1 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb

2026/04/1777538351.jpg
Oxunub: 519     12:35     30 Aprel 2026    
ASELSAN beynəlxalq müştəriləri ilə hava hücumundan müdafiə, radar, radioelektron mübarizə, elektro-optik, avionika və rabitə sistemlərinin ixracı mövzusunda 125,1 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, ASELSAN beynəlxalq bazardakı fəaliyyəti çərçivəsində yeni ixrac sazişləri imzalayıb.

Şirkətdən verilən açıqlamaya görə, ASELSAN ilə beynəlxalq müştəriləri arasında imzalanan müqavilələr çərçivəsində hava hücumundan müdafiə, radar, radioelektron mübarizə, elektro-optik, avionika və rabitə sistemlərinin xaricə satışı həyata keçiriləcək.

Sözügedən ixrac müqavilələrinin ümumi məbləği 125 milyon 100 min dollar olaraq qeyd edilib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin