“Mızrak” ağıllı “gəzən sursat”ı SAHA 2026-da ilk dəfə vitrinə çıxır

2026/04/1777538129.jpg
Oxunub: 540     12:20     30 Aprel 2026    
“Baykar” tərəfindən milli və özünəməxsus şəkildə hazırlanan, 1000 kilometri aşan mənzili və süni zəka dəstəkli avtonom qabiliyyətləri ilə oyun dəyişdirici güc olacaq “Mızrak” ağıllı “gəzən sursat”ı qlobal müdafiə sənayesinin toplaşacağı SAHA 2026-da ilk dəfə nümayiş etdiriləcək.

Ordu.az xəbər verir ki, Türkiyənin yüksək texnologiya ekosisteminin aparıcı qurumu “Baykar” tərəfindən milli və özünəməxsus şəkildə hazırlanan “Mızrak” ağıllı “gəzən sursat” sistemi qlobal müdafiə sənayesinin görüş nöqtəsi olan SAHA 2026-da ilk dəfə vitrinə çıxır.

Sursat texnologiyasında yeni bir dövr açacaq platforma qurudan quruya dərin əməliyyat qabiliyyəti, yüksək zərbə gücü və çevik tapşırıq profilləri ilə müasir döyüş meydanının yeni “iti ucu” olacaq.

40 kq-lıq döyüş başlığı

Adını nizəni xatırladan aerodinamik quruluşundan və hədəfə yönəlmiş yüksək məhvetmə qabiliyyətindən alan “Mızrak” iki əsas konfiqurasiyada təqdim olunur. Sistem 40 kq-lıq ikiqat döyüş başlıqlı variantı ilə yüksək partlayış gücü təmin edərkən, tək döyüş başlıqlı variantında isə 20 kq partlayıcıya əlavə olaraq RF (radiotezlik) axtarış başlığı ilə təchiz edilərək həssas hədəf aşkarlanması həyata keçirə bilir. 4 metrlik qanad açıqlığına malik platforma istifadəçiyə tapşırıq növünə görə “Baykar” tərəfindən hazırlanmış EO (elektro-optik) və ya IR (infraqırmızı) kamera seçimləri ilə geniş kəşfiyyat və müşahidə imkanı da yaradır.

Uçuş-enmə zolağından və ya raketlə hər şəraitdə qalxma

“Mızrak” əməliyyat çevikliyi ilə də oxşarlarından fərqlənir. Standart eniş dəstləri ilə ənənəvi uçuş-enmə zolağından qalxa bilən sistem eyni zamanda raket dəstəkli qalxma (RATO) seçimi sayəsində çətin ərazi şəraitində və ya hazırlıqsız sahələrdə də tapşırıq icra edə bilir. 1000 kilometri aşan əməliyyat mənzili və 7 saatı aşan havada qalma müddəti ilə sərhədyanı əməliyyatlarda uzunmüddətli müşahidə və ani məhvetmə qabiliyyətini tək gövdədə birləşdirir.

Süni zəka dəstəyi ilə GPS-dən asılı olmayan tapşırıq

Süni zəka dəstəkli avtopilot və optik yönləndirmə sistemləri ilə təchiz edilən “Mızrak” mürəkkəb əməliyyat mühitlərində tam avtonom tapşırıq yerinə yetirə bilir. Sensor füzyonu dəstəyi və daxili vizual mövqeləndirmə qabiliyyəti sayəsində radioelektron mübarizə elementlərinin sıx olduğu və ya GPS (Qlobal Mövqeləndirmə Sistemi) siqnalının əngəlləndiyi bölgələrdə belə hədəfini yüksək dəqiqliklə tapa bilir. “Anti-jamming” sistemləri ilə qarışdırmalara qarşı yüksək səviyyəli qoruma təmin edən platforma əməliyyat təhlükəsizliyini ən yüksək səviyyəyə qaldırır.

Çoxşaxəli güc multiplokatoru

“Baykar”ın hazırladığı rəqəmsal məlumat və video bağlantısı üzərindən “Bayraktar” TB2, TB3 və AKINCI ilə fasiləsiz rabitə təmin edir. 80 kilometri aşan görüş xətti (LOS) rabitə mənzilinin yanında opsional peyk rabitəsi dəstəyi ilə mənzil sərhədlərini aşan rabitə şəbəkəsinə daxil ola bilən “Mızrak” şəbəkə mərkəzli müharibə konsepsiyası çərçivəsində digər hava elementləri ilə koordinasiyalı çalışaraq çoxşaxəli güc multiplikatoruna çevrilir.

1000+ km mənzil

Texniki təchizatı ilə diqqət çəkən, 4 metrlik qanad açıqlığına və 200 kiloqramlıq maksimum qalxma ağırlığına malik olan “Mızrak” 100 KIAS təxminən 185 km/s maksimum sürətə çata bilir və 10 000 fut xidmət tavanında tapşırıq icra edə bilir. 40 kiloqramlıq faydalı yük tutumu ilə önə çıxan “Mızrak” 1000 kilometri aşan əməliyyat mənzili və 7 saatı aşan havada qalma müddəti ilə uzunmənzilli tapşırıqları da icra edə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mızrak   SAHA-2026  


Bizi "telegram"da izləyin