“Bloomberg”: Mayın 11-dən ABŞ gömrük rüsumlarından əldə olunan vəsaitləri qaytarmağa başlayacaq

2026/04/1775927510.jpg
Oxunub: 399     11:37     30 Aprel 2026    
ABŞ administrasiyası mayın 11-dən etibarən idxal gömrük rüsumları şəklində əldə edilmiş və məhkəmə tərəfindən qanunsuz hesab edilən vəsaitlərin qaytarılmasına başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ beynəlxalq ticarət üzrə federal məhkəməsinin materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, hazırda idxal bəyannamələrinin yalnız 21%-i işlənib. Söhbət “Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında” qanun (IEEPA) çərçivəsində tətbiq edilən rüsumlarla vergiyə cəlb olunmuş mallardan gedir. Bəyannamələrin 3%-i üzrə vəsaitlərin qaytarılması prosesi artıq başlayıb. ABŞ-nin maliyyə nazirliyi kompensasiyanı elektron ödənişlər vasitəsilə həyata keçirəcək.

Fevralın 20-də ABŞ Ali Məhkəməsi qərara alıb ki, Donald Tramp digər ölkələrə qarşı IEEPA qanunu bəhanəsi ilə gömrük rüsumları tətbiq edərkən səlahiyyətlərini aşmışdır. Artıq aprelin 24-də Tramp bildirib ki, ABŞ administrasiyası toplanmış 159 milyard dolları geri qaytarmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gömrük  


Bizi "telegram"da izləyin