Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
“Bizə təxminən 350 milyon dollar həcmində kriptoaktivləri müsadirə etmək, əlavə olaraq isə son vaxtlar daha 100 milyon dollar əldə etmək mümkün olub. Beləliklə, ümumi məbləğ demək olar ki, yarım milyarda çatır. Bundan əlavə, biz onların bank hesablarını dondururuq”, - deyə o, “Fox Business” telekanalına müsahibəsində qeyd edib.
Aprelin 24-də Bessent bildirmişdi ki, Vaşinqton Tehranla əlaqəli 344 milyon dollar həcmində kriptovalyuta hesablarını dondurub. O əlavə edib ki, ABŞ İran İslam Respublikasını pul yaratmaq, köçürmək və ölkəyə qaytarmaq imkanlarından məhrum etmək üçün tədbirləri davam etdirəcək.
Sevinc Əliyeva
Ordu.az