Macar: “Macarıstan vəsaitlərin dondurulmasının ləğvi ilə bağlı razılaşmanı mayın sonunda imzalamağı planlaşdırır”

2026/04/1777534622.jpg
Oxunub: 314     11:24     30 Aprel 2026    
Macarıstan və Avropa Komissiyası mayın 25-dən sonra Budapeştə Brüssel tərəfindən Avropa İttifaqının büdcəsindən və xüsusi fondlardan dondurulmuş vəsaitləri almağa imkan verəcək razılaşmanı bağlamağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Macarıstanda parlament seçkilərində qalib gəlmiş “Tisa” partiyasının lideri Peter Macar bildirib.

“Razılaşdıq ki, mən mayın 25-dən başlayan həftə ərzində Macarıstanın baş naziri kimi Brüsselə qayıdacağam və biz mümkün qədər tez Macarıstanın və macarların Avropa İttifaqı fondlarından onlara çatmalı olan trilyonlarla forinti alması üçün zəruri olan siyasi razılaşmanı bağlayacağıq”, - deyə o, “Facebook”da yazıb.

Macar “Avropa İttifaqı vəsaitlərinin tezliklə Macarıstana daxil olacağına” əminliyini ifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macar   Macarıstan  


Bizi "telegram"da izləyin