Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Tarix qeyd edəcək ki, İran xalqı Fars körfəzi və Oman dənizində Amerika supergücünü məğlub etdi”, - deyə Rezainin sözlərini İranın “Press TV” telekanalı sitat gətirir.
“Gözləmək lazımdır ki, biz onların çoxsaylı hərbçilərini əsir götürəcəyik”, - deyə Xameneyinin müşaviri əlavə edib.
İranlı rəsminin fikrincə, ABŞ üçün “ən az xərcli variant” İranın vəziyyətin tənzimlənməsi üçün irəli sürdüyü on şərti qəbul etmək olardı.
Rezai həmçinin İranın ali rəhbəri Muctəba Xameneinin səhhətinin pisləşməsi ilə bağlı məlumatları təkzib edib. O, yeni lideri “gənc, sağlam və enerjili” adlandırıb və bildirib ki, o, “ölkənin işlərini müdrik şəkildə idarə edir”.
“Öldürülmüş lider üçün qisas qüvvədə qalır və yalnız İsrailin məhvindən sonra həyata keçiriləcək”, - deyə Rezai əlavə edib.
Öz növbəsində İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani ABŞ-nin İrana qarşı hərbi addımlarına sürətli cavab veriləcəyini vəd edib.
“Əgər onlar bir addım da yaxınlaşsalar, biz dərhal operativ tədbirlər görəcəyik”, - deyə İrani bildirib.
Komandan qeyd edib ki, Vaşinqton səhvən qısa müddətdə Tehrana qalib gələcəyini düşünürdü. “İndi isə həmin fərziyyə hərbi akademiyalarda zarafata çevrilib”, - deyə İrani əlavə edib.
“Biz son damla qanımıza qədər birləşmişik ki, şəhidlərimizin qisasını alaq”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az