Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Çıxışı zamanı britaniyalı monarx Trampın sözlərinə reaksiya verərək bildirib ki, “əgər Böyük Britaniya olmasaydı, amerikalılar çox güman ki, fransızca danışardılar”.
Makron buna istehza ilə cavab verərək yazıb: “Bu, möhtəşəm olardı”.
Daha əvvəl Tramp da tarixi paralel apararaq bildirmişdi ki, ABŞ İkinci dünya müharibəsində iştirak etməsəydi, Avropa “alman dilində və bəlkə də bir az da yaponca danışa bilərdi”.
Kral III Çarlzın ABŞ-yə səfəri müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə və ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunub.
Sevinc Əliyeva
Ordu.az