ABŞ onilliyin sonuna qədər astronavtların Aya enişini həyata keçirməyə ümid edir

2026/04/1775531523.jpg
Oxunub: 542     06:38     30 Aprel 2026    
ABŞ-nin prezidenti Donald Tramp bəyan edib ki, amerikalı astronavtların 2029-cu ilə qədər, yəni onun ikinci prezidentlik müddətinin sonuna qədər Aya enməsi ehtimalı yüksəkdir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O, Oval kabinetdə “Artemis-2” missiyasının heyəti ilə görüş zamanı bildirib ki, Ay proqramı üzrə işlər “qrafikdən qabaqda” gedir və ABŞ-nin bu proqramları həyata keçirmək üçün “əla fürsəti” var.

“NASA”nın rəhbəri Cared Ayzekman bildirib ki, agentlik realist plan üzrə hərəkət edir: 2027-ci ildə “Artemis-3” missiyasının buraxılışı nəzərdə tutulur, 2028-ci ildə isə Aya eniş üçün iki imkan planlaşdırılır.

O, eyni zamanda “Ay yarışı”nda rəqabətin mövcudluğu barədə xəbərdarlıq edib və qeyd edib ki, kosmik proqramların sürətləndirilməsi baş verməsə, Çin qarşısında geri qalmaq riski var.

“Artemis-2” missiyası daha əvvəl Ay ətrafında uçuşu uğurla həyata keçirmiş, bundan sonra “Orion” kapsulu Sakit okeana eniş etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ay   2029  


Bizi "telegram"da izləyin