Ordu.az xəbər verir ki, bu barədə aprelin 29-da “The Washington Post” (WP) qəzeti məlumat verib.
“Çərşənbə günü vəziyyətinə görə, “Ford” aviadaşıyıcısı 309 gün dənizdə olub ki, bu da müasir ABŞ aviadaşıyıcısı üçün dənizdə keçirilmiş rekord müddətdir və bu, onun vəziyyətinə təsir edib”, - deyə dərc edilmiş yazıda bildirilir.
Qeyd olunur ki, bu qərar regionda ABŞ-nin atəş gücünün əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olacaq. Aviadaşıyıcı təxminən mayın ortalarında Virciniyaya çatmalıdır.
USS “Gerald Ford” aprelin 18-də təmirdən sonra Qırmızı dənizə daxil olmuşdu. Gəmini “Winston S. Churchill” və “Mahan” esminesləri müşayiət edirdi. Bundan əvvəl o, Yaxın Şərq sahilləri yaxınlığında, Aralıq dənizində idi.
Sevinc Əliyeva
Ordu.az