Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, “Touska” gəmisinin heyətinin daha 22 üzvü hələ də saxlanılır və İran hakimiyyəti onların azad edilməsi istiqamətində tədbirləri davam etdirir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) və ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdilər ki, gəmi Hörmüz boğazı üzrə nəzərdə tutulmuş marşrutdan çıxmaq tələbinə amerikalı hərbçilərin əmrinə tabe olmaqdan imtina etdikdən sonra saxlanılıb.
ABŞ aprelin 13-dən etibarən Hörmüz boğazında dəniz blokadası həyata keçirir. Bu addım İranın həmin strateji su yolundan, Tehranla razılaşması olan ölkələr istisna olmaqla, əksər gəmilərin keçidini məhdudlaşdırmasına cavab olaraq atılıb.
Sevinc Əliyeva
Ordu.az