“Rusiya prezidenti qazın qiymətinin artırılmasına işarə etməyib” - Rubinyan

2025/09/2025--1757333310.jpg
Oxunub: 339     13:38     14 Aprel 2026    
“Qazın qiyməti niyə artırılmalıdır? Rusiya prezidenti belə bir işarə etməyib. Bu cür işarələri Ermənistanın bəzi siyasi qüvvələri və onlara bağlı media orqanları verir”.

Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il aprelin 14-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədrinin müavini, “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın bəzi KİV-ləri sahiblərinin tapşırığı ilə guya Ermənistanla Rusiya arasında iqtisadi problemlər yarandığı təəssüratı yaratmağa çalışırlar. “Siz demək istəyirsiniz ki, Rusiya hansısa razılaşmaları yerinə yetirməsin, düşmən addımlar atsın? Nəyə görə?”, - deyə o qeyd edib.

Ruben Rubinyan bunu “şişirdilmiş balon” adlandırıb: “Mən bilirəm niyə bunu şişirdirlər. Çünki kaluqalı oliqarx bunu siyasi kampaniyanın bir hissəsinə çevirmək istəyir”. O əminliyini ifadə edib ki, bu “balon”u şişirtmək mümkün olmayacaq.

Ermənistan parlamentinin sədrinin müavininin fikrincə, Rusiyada səslənən mövzular yeni deyil, bunlar əvvəlki illərdə də müzakirə olunub. “Gördüyünüz kimi, illər ərzində heç bir fəlakət baş verməyib. Rusiya bizim dost ölkədir, biz dost münasibətlərimizi davam etdiririk və təbii ki, bütün məsələlər üzrə razılıq əldə etməyəcəyik”, - deyə o izah edib.

Rubinyanın sözlərinə görə, dəmir yolları məsələsində Ermənistanın mövqeyi dəyişməyib və o, Rusiyanın arxasında heç bir addım atmaq niyyətində deyil. “Biz heç bir məsələni kəskinləşdirmək istəmirik. Amma konkret problemimiz var və bu müzakirə olunur”, - deyə Rubinyan sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, 2026-cı il aprelin 1-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla söhbəti zamanı Rusiya prezidenti Vladimir Putin qeyd etmişdi ki, Avropada qazın qiyməti min kubmetr üçün 600 dolları keçir, halbuki Moskva İrəvana onu 177 dollara tədarük edir. “Fərq böyükdür”, - deyə Putin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubinyan   Ermənistan  


Bizi "telegram"da izləyin