Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın Areni icmasının Yelpin yaşayış məntəqəsində Baş nazir Nikol Paşinyana müraciət edən erməni yaşlı qadınlardan biri bildirib.
Paşinyan cavab verib: “Allah eləməsin, amma özünü pis hiss edəndə təcili yardım gəlir, “marşrutka”nın bununla əlaqəsi yoxdur. Yeni icma rəhbəri də bu barədə danışdı, dedi ki, bir neçə dəfə cəhd ediblər, amma belə hallarda gündə 1-2 sərnişin olur. Amma bu istiqamətdə düşünəcəyik”.
Erməni qadın təklif edib ki, bələdiyyə tərəfindən maliyyələşdirilsin ki, marşrut heç olmasa ayda iki dəfə Yeğeqnadzora getsin.
Erməni sakinlərdən biri də narahatlığını bildirib ki, birləşmə nəticəsində Areni adı itə bilər.
Alpər Mövludoğlu
Ordu.az