“Bir neçə günə İstanbula gedəcəyəm, Azərbaycan və Gürcüstandan olan həmkarlarımla görüşəcəyəm” - Simonyan

2025/12/1765360583.jpg
Oxunub: 466     12:01     14 Aprel 2026    
“Zəng həmkarımın ad günü münasibətilə olub və onunla ən yaxşı, qarşılıqlı hörmətə əsaslanan münasibətlərim var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində aprelin 7-də Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığına toxunarkən deyb.

“Biz daim açıq, birbaşa, qarşılıqlı hörmət məntiqi ilə danışırıq, əsas söhbət şəxsi xarakterli idi, ad günü münasibətilə olmuşdu. Bir neçə günə mən İstanbula gedirəm, o da orada olacaq, güman edirəm ki, orada ünsiyyətimiz olacaq. Söhbət rəsmi görüşdən getmir”, - deyə o bildirib.

Simonyan məlumat verib ki, İstanbulda gözlənilən konfrans çərçivəsində Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüş də nəzərdə tutulub.

Xatırladaq ki, aprelin 7-də Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.

Ermənistan parlamenti bildirib ki, danışıq zamanı parlamentlərarası əlaqələrə və ikitərəfli gündəliyə aid məsələlər müzakirə olunub. Alen Simonyan rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin