Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook” səhifəsində yazıb.
“Proqramlarda ümumi gündəlik aydın görünür: sülh, iqtisadi inkişaf, yoxsulluğun aradan qaldırılması, ədalətin bərpası, milli dirçəliş və birlik.
İndi, artıq təməl qoyulduqdan sonra, ictimai şüurda “kollektiv müxalifət” ideyasını formalaşdırmağın və möhkəmləndirməyin vaxtıdır. Bu, artıq fərdi səylərdən yox, ümumi məqsəddən gedir. Əminəm ki, bu kollektiv müxalifət seçkilərdə qalib gələcək”, - deyə o qeyd edib.
Oskanyan bildirib ki, lakin təkcə qalib gəlmək kifayət deyil.
“Daha yüksək hədəf müəyyən etmək lazımdır. Bu fikri əvvəlki paylaşımımda da qeyd etmişdim və təkrarlamaqda davam edəcəyəm. Məqsəd yalnız Paşinyanın yenidən hakimiyyətdə qalmasına imkan verməmək olmamalıdır, həm də onun partiyasının hətta parlamentə keçid baryerini belə aşmamasını təmin etmək olmalıdır.
Yalnız bu halda son səkkiz ilin səhifəsini tam bağlaya, həmin dövrü və xatirələri tarixin səhifələrində buraxa bilərik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az