Ordu.az xəbər verir ki, siyahı “Global Firepower” tərəfindən dərc olunub.
Məlumata görə, ABŞ 13 032 aviavasitə ilə birinci yerdə qərarlaşıb. Bu göstərici ondan sonrakı üç ölkənin ümumi nəticəsindən də çoxdur.
Rusiya 4 237 aviavasitə ilə ikinci, Çin 3 529 aviavasitə ilə üçüncü, Hindistan isə 2 183 aviavasitə ilə dördüncü yerdədir.
Azərbaycan reytinqdə 159 aviavasitə ilə 53-cü yeri tutur. Türkiyə 1 101 aviavasitə ilə 8-ci, İran 551 aviavasitə ilə 21-ci, Ermənistan isə 69 aviavasitə ilə 84-cü pillədə qərarlaşıb.
Sevinc Əliyeva
Ordu.az