Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Murazi qeyd edib ki, qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Onun sözlərinə görə, bu xəbərin yayılmasından bir saat sonra Nikol Paşinyan geniş təbəssümlə video paylaşıb və öz ifadəsi ilə deyilsə, “şən avtobus” yeniliyindən danışıb.
“Bu o deməkdir ki, həmin adam onun üçün ölmüş hərbi qulluqçuların valideynlərini döyən, müxalifəti sıxışdıran və indi yaralanan polis əməkdaşlarına, eləcə də ailə başçısını itirmiş ailəyə və yaxınlarına qarşı sıfır mərhəmət göstərir. Bu, bu məxluq barədə bilinməli olan əsas həqiqətdir. Bunu ilk növbədə onun üçün insan döyən polislər və ona inanan sadəlövh vətəndaşlarımız bilməlidir”, - deyə Murazi yazıb.
Alpər Mövludoğlu
Ordu.az