Lusine Xaratyan: "Ermənistan və Azərbaycan mediası sülhün möhkəmləndirilməsinə kömək etməlidir"

2026/04/Ekran-1775909497.jpg
Oxunub: 338     15:41     11 Aprel 2026    
Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyində media iki ölkə cəmiyyətlərinin dehumanizasiyasından çəkinməlidirlər.

Ordu.az-ın verdiyi məlumata görə, bu barədə erməni yazıçısı və mədəniyyət antropoloqu Lusine Xaratyan bu gün "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində iki ölkənin vətəndaş cəmiyyətləri nümayəndələrinin dördüncü görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Düşünürəm ki, medianın edə biləcəyi ən vacib işlərdən biri qarşı tərəfin dehumanizasiyasının olmadığı yeni narrativlər yaratmaqdır", - o qeyd edib.

L.Xaratyanın sözlərinə görə, bu, etimadı artırmağa, sülhü möhkəmləndirməyə imkan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin