Fərhad Məmmədov: "Sülh Körpüsü" Bakı və İrəvanın vətəndaş cəmiyyətlərinə birbaşa ünsiyyət qurmağa imkan verir"

2026/04/Ekran-1775909383.jpg
Oxunub: 271     15:17     11 Aprel 2026    
"Sülh Körpüsü" təşəbbüsünün özəlliyi ondan ibarətdir ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri vasitəçilər olmadan ünsiyyət qurmaq imkanına malikdirlər.

Ordu.az-ın məlumatına görə, bunu "Sülh Körpüsü" təşəbbüsünün kuratoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bu gün iki ölkənin vətəndaş cəmiyyətiləri nümayəndələrinin görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bu, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin dördüncü görüşü olub.

"Bu təşəbbüs ötən il beş nəfərlə başladı, bu gün isə ona hər tərəfdən artıq 20 iştirakçı qoşulub. Bu gün iki saat ərzində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan cəmiyyəti nümayəndələrinin suallarını cavablandırıb. Əvvəllər də QHT-lər arasında sülhün bərqərar olmasına yönəlmiş görüşlər keçirilirdi, lakin onlar vasitəçilərin iştirakı ilə baş tuturdu", - mərkəzin direktoru əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fərhad-Məmmədov  


Bizi "telegram"da izləyin