Ermənistan İstintaq Komitəsi “tələsərək” bildirir ki, qəzaya düşən polis avtobusu Paşinyanı müşayiət etmirdi

2026/04/1775896140.jpg
Oxunub: 307     15:34     11 Aprel 2026    
2026-cı il aprelin 11-də Marqara-Vanadzor-Taşir avtomobil yolunda “Nissan” markalı minik avtomobili ilə Ermənistan Daxili İşlər Nazirliyinin polis qvardiyasına məxsus “Hyundai” markalı avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 342-ci maddəsinin 2-ci hissəsi (yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) üzrə cinayət işi başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“İnternetdə guya baş vermiş qəzanın polis qvardiyasına məxsus avtobusun günahı ilə baş verdiyini iddia edən dezinformasiyalar yayılır.

Lakin hadisə yerinə baxış zamanı müəyyən edilib ki, “Nissan” markalı avtomobil qarşı zolağa çıxaraq “Hyundai” markalı avtobusla toqquşub.

Digər dezinformasiya isə polis qvardiyasına məxsus avtobusun Baş nazirin karvanını müşayiət etməsi ilə bağlıdır ki, bu da həqiqətə uyğun deyil. Çünki həmin nəqliyyat vasitəsi ilə polis qvardiyasının əməkdaşları xidmət aparmaq üçün Lori vilayətinə gedirmişlər”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin