Paşinyanı müşayiət edən avtobusun iştirakı ilə baş verən qəzada xəsarət alan 12 şəxs xəstəxanadan buraxılıb

2026/04/1775896140.jpg
Oxunub: 336     14:18     11 Aprel 2026    
Ermənistanda polis qvardiyasına məxsus avtobus və minik avtomobilinin iştirakı ilə baş verən qəza nəticəsində xəsarət alan 12 erməni sakinin hamısı artıq xəstəxanadan buraxılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, xəsarət alan 12 erməni sakinə ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Xatırladaq ki, bu gün Kuçak-Aparan avtomobil yolunda Nikol Paşinyanı və “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərini müşayiət edən polis avtobusunun iştirakı ilə qəza baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza  


Bizi "telegram"da izləyin