Paşinyanı müşayiət edən polis qvardiyasının avtobusu qəzaya uğrayıb, 1 nəfər ölüb, 12 nəfər yaralanıb (VİDEO)

2026/04/1775896140.jpg
Oxunub: 620     12:28     11 Aprel 2026    
Aprelin 11-də saat 07:50 radələrində Ermənistanda, Kuçak-Aparan yolunda Daxili İşlər Nazirliyi polis qvardiyasına məxsus “Honda” markalı avtobusla “Nissan” markalı avtomobil toqquşub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

İlkin məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə tibbi yardım üçün müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb.

“İşxanutyun” nəşrinin məlumatına görə, qəzaya uğrayan avtobus Nikol Paşinyanın “şən avtobusu” ilə birlikdə Lori vilayətinə gedirmiş.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Avtobus   Qəza  


Bizi "telegram"da izləyin