Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan yazıb.
Onun sözlərinə görə, bu fikir ayrılıqları bir tərəfdən Prezident Trampın NATO-ya münasibətdə yürütdüyü siyasətdə, digər tərəfdən isə qurum daxilində institusional yenidən baxılma zərurətində özünü göstərir.
“Bu, həm də o açıq reallığın ifadəsidir ki, qurumun nizamnaməsində nə yazılmasından asılı olmayaraq, qarşılıqlı fəaliyyətin əsasını ilk növbədə üzv ölkələr arasındakı münasibətlər təşkil edir.
Yeri gəlmişkən, eyni problem müəyyən dəyişikliklərlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da aiddir. Həmin qurumda, hərçənd müəyyən nizamnamə redaktələri də mane olmazdı, lakin qurumun effektivliyi üzv ölkələr arasındakı münasibətlərdən asılıdır və bunun praktiki təzahürləri Ermənistan üçün dönüş nöqtəsi olan mərhələlərdə də özünü göstərib”, - deyə Abrahamyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az