Ordu.az xəbər verir ki, Ermənistanın “News.am” nəşri bunu 2024-2025-ci illərdə məhkəmə məsuliyyətinə cəlb edilmiş şəxslərlə bağlı rəsmi statistik məlumatları ümumiləşdirərək öyrənib.
Nəşrə görə, xüsusilə, 2025-ci ildə Ermənistanda 7 872 nəfər məhkum olunub, onlardan 5 289 nəfərə cərimə, 1 169 nəfərə ictimai işlər tətbiq edilib, 896 nəfər azadlıqdan məhrum etmə cəzasına, 441 nəfər qısamüddətli azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, 122 nəfərə azadlığın məhdudlaşdırılması tətbiq edilib, 20 nəfərə tərbiyəvi xarakterli məcburetmə tədbiri tətbiq olunub, 4 nəfər müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib, 2 nəfərə isə intizam taborunda saxlama tədbiri tətbiq olunub.
“Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə məhkum olunan şəxslərin sayı 6 179 olub, onlardan 4 465 nəfərə cərimə, 598 nəfərə ictimai işlər tətbiq edilib, 700 nəfər isə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Beləliklə, 2025-ci ildə məhkum olunanların sayı əvvəlki illə müqayisədə 27,4 faiz, azadlıqdan məhrum etmə cəzasına məhkum olunanların sayı isə 28 faiz artıb. Bunun əvəzində məhkumlara ictimai işlərin tətbiqində demək olar ki, ikiqat artım qeydə alınıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az