“Ermənistanda narkomaniya problemini hər hansı qərar, fərman və ya mühazirə ilə həll etmək mümkün deyil” - Köçəryan

2026/03/1774549432.jpg
Oxunub: 531     09:08     11 Aprel 2026    
“Narkomaniya problemini hər hansı qərar, fərman və ya mühazirə ilə həll etmək mümkün deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

“Mən inanmıram ki, ən yüksək səviyyədə himayə olmadan narkomaniya bu qədər geniş miqyas ala bilər. Bir neçə aylıq ardıcıl iş nəticəsində onu on dəfə azaltmaq mümkündür”, - deyə o qeyd edib.

Köçəryanın sözlərinə görə, təhsilə ümumi yanaşma və insanların təhsil alaraq əhəmiyyətli uğurlar qazandıqlarını göstərən nümunələr təhsilə maraq oyatmağın ən yaxşı yoludur.

“Yaxşı təhsilin proqnozlaşdırıla bilən gələcəklə bağlı olduğunu göstərmək vacibdir. Eyni zamanda, sosial şəbəkələrin mövcudluğu və informasiyanın mərkəzləşdirilməmiş xarakteri təhsilin təşviqini çətinləşdirir”, - deyə sabiq erməni prezident qeyd edib.

O bildirib ki, belə şəraitdə təhsili təşviq etmək üçün hansı dövlət alətlərindən istifadə edilə biləcəyini tam təsəvvür etmir.

“Bir sıra ölkələr tərbiyəvi məqsədlərlə məhdudiyyətlər tətbiq edib, lakin Ermənistan kiçik ölkə kimi bu yolla getməyəcək. Ermənistan dəqiq işlənmiş siyasət yolu ilə irəliləməlidir”, - deyə Köçəryan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin