Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Yeni hakimiyyət nə vaxt formalaşacaq?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, lakin nəticələrin yekunlaşdırılmasından sonra da hazırkı parlament və hökumət fəaliyyətini davam etdirəcək.
“Bəs yeni baş nazir nə vaxt təyin olunacaq, yeni seçilmiş parlamentin ilk iclası nə vaxt keçiriləcək və yeni hökumət nə vaxt formalaşacaq?
Konstitusiyaya əsasən, ölkə prezidenti yeni seçilmiş parlamentin səlahiyyət müddəti başlandıqdan dərhal sonra Konstitusiyanın 89-cu maddəsinə uyğun formalaşmış parlament çoxluğunun təqdim etdiyi namizədi baş nazir təyin edir. Həmin gün parlamentin ilk iclası da keçiriləcək”, - deyə nəşr bilirib.
Konstitusiya üzrə erməni mütəxəssis Vardan Poğosyan “Past”a açıqlamasında deyib ki, Konstitusiya parlamentin səlahiyyətlərinin nə vaxt başlayıb nə vaxt bitdiyini aydın şəkildə müəyyən edir.
Nəşr qeyd edib ki, mövcud çağırış parlament 2021-ci il avqustun 2-də fəaliyyətə başlayıb. Beşillik müddət 2026-cı il avqustun 2-də tamam olur.
“Bu, Konstitusiyanın 90-cı maddəsinin 2-ci hissəsində dəqiq göstərilib, parlamentin səlahiyyət müddəti əvvəlki çağırış parlamentin səlahiyyət müddətinin bitdiyi gün başlayır. Yəni parlamentin ilk iclası avqustun 2-də keçiriləcək. Böyük ehtimalla, elə həmin gün Ermənistan prezidenti baş naziri təyin edəcək. Qeyd edək ki, avqustun 2-si bazar gününə düşdüyü üçün iclasın növbəti gün, avqustun 3-də keçirilməsi və baş nazirin təyin olunması mümkündür.
Hökumətin formalaşdırılmasına gəldikdə isə, Konstitusiyaya əsasən, bu proses baş nazir təyin edildikdən sonra 15 gün ərzində, yəni ən gec avqustun 16-dək başa çatdırılmalıdır”, - deyə “Past” yazıb.
Alpər Mövludoğlu
Ordu.az