Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
Onun sözlərinə görə, Ermənistanda sənayenin tənəzzülü ilə birlikdə elmi-tədqiqat institutları biliklərin tətbiq ediləcəyi struktursuz qalıb.
“Elmi-tədqiqat institutlarının başına nə gəldi? Onların heyəti ixtisar olundu, yaxşı alimlər xaricə getdi. Elmi-tədqiqat institutlarının bəzi binaları icarəyə verildi ki, heç olmasa qalan hissə qorunub saxlanılsın. Və hər yerdə belə idi.
Politeknik institut bir vaxtlar güclü kimya kafedrasına malik idi, çünki ölkədə kimya sənayesi fəaliyyət göstərirdi. İnstitut həmçinin güclü elektromexanika kafedrasına malik idi, çünki çoxsaylı müəssisələr böyük həcmdə məhsul istehsal edirdi. İndi, ehtimal edirəm ki, həmin kafedra qalır, amma tələbələrin iş tapa biləcəyi sənaye yoxdur. Üstəlik, ali məktəb müəllimləri də istehsalatda çalışırdı.
Mən Ermənistanın prezidenti olanda biz kimya sənayesini bərpa etməyə çalışdıq, hətta “Nairit” zavodunu və Vanadzor kimya zavodunun yarısını yenidən işə saldıq. Sonra isə mənim gedişimin ardından hər şey bağlandı. Bu, çətin məsələdir və orta müddətli perspektivə fokuslanmaq lazımdır. Əgər dövlət bu məsələ ilə məşğul olmasa, ümid də olmayacaq. Dövlət dəstəyi vergi güzəştləri formasında da ola bilər ki, böyük xarici şirkətlər fəaliyyətlərini Ermənistana köçürməyə hazır olsunlar”, - deyə Köçəryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az