Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb

2026/04/1775841468.jpg
Oxunub: 426     20:49     10 Aprel 2026    
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Rusiyanın Türkiyədəki səfiri Segey Verşininlə görüşüb.

Ordu.az xəbər verir ki, R. Məmmədov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, S. Verşinin Azərbaycanın Türkiyədəki səfirliyində olub və R. Məmmədov həmkarına fəaliyyətində uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, Verşinin daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Tunis, Yaxın Şərq və Şimali Afrikada rəsmi nümayəndəsi, Əlcəzairdə səfiri olub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin