“Press TV”: İran Livanın bombardmanı bərpa olunarsa danışıqlardan çıxmaqla hədələyir

2026/04/1775835153.jpg
Oxunub: 363     19:24     10 Aprel 2026    
Güclü təzyiq və Tehranın ABŞ ilə İslamabadda aparılan danışıqlardan çıxmaq təhdidi İsraili Beyrut üzərinə hərbi hücumlarını dayandırmağa məcbur edib.

Ordu.az xəbər verir ki, bu barədə İran təhlükəsizlik strukturlarından yüksək rütbəli mənbə “Press TV”yə bildirib.

Mənbənin sözlərinə görə, “çərşənbə günü İsrailin Livana qarşı “amansız aqressiyası”ndan sonra İran bu hücumların dayandırılmasını ABŞ ilə müvəqqəti atəşkəs danışıqlarında iştirak üçün dəyişməz şərtə çevirib”.

O əlavə edib ki, İran nümayəndə heyətinin İslamabada səfəri Livana qarşı davam edən “İsrail aqressiyası” səbəbindən bir neçə dəfə təxirə salınıb.

Mənbə bildirib ki, danışıqlardan çıxmaqla bağlı davamlı tələblər və real təhdid vasitəsilə İran ABŞ-ni İsrailə təzyiq göstərməyə vadar edib ki, Beyrut üzərinə zərbələri dayandırsın.

O həmçinin vurğulayıb ki, danışıqların davam etməsi İsrailin Livana hücumlardan çəkinməsindən asılıdır.

İran açıq xəbərdarlıq edib ki, Livana davam edən hücumlar sonda danışıqlar prosesini tam pozmağa gətirib çıxara bilər.

Mənbə qəti şəkildə xəbərdarlıq edib ki, əgər Beyrutun bombardmanı bərpa olunarsa, danışıqlar dərhal dayandırılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Livan  


Bizi "telegram"da izləyin