Rusiya Ermənistan seçkilərinə müdaxilə edir? Səfir MSK sədri ilə niyə görüşüb?

2026/04/dfgf7-1775828476.jpg
Oxunub: 330     17:37     10 Aprel 2026    
“Rusiya səfiri görüş tələbi ilə təxminən iki həftə əvvəl müraciət etmişdi, yəni bu, qeyd etdiyiniz siyasi hadisələrdən daha əvvəl baş verib”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyan ötən gün Rusiya səfiri Kopırkin ilə görüşünə və bu görüşün Paşinyan-Putin görüşündən sonra baş tutmasına dair suallara münasibət bildirərkən deyib.

Paşinyan-Putin görüşündə Rusiya prezidenti rusiyapərəst namizədlərin seçkilərdə iştirak imkanının təmin olunması məsələsini qaldırmışdı.

“O, seçkilərə hazırlıq prosesini öyrənmək, həmçinin Rusiya Mərkəzi Seçki Komissiyası sədrinin mümkün səfərinə hazırlıq məsələlərini müzakirə etmək üçün gəlmişdi”, - deyə o bildirib.

Rusiyadan müşahidəçilərin olub-olmayacağı ilə bağlı suala cavab olaraq Hovakimyan deyib: “MDB Parlamentlərarası müşahidə missiyası olacaq, biz artıq onların ilk 14 nəfərlik heyəti üçün vəsiqələri hazırlamışıq ki, Xarici İşlər Nazirliyi vasitəsilə MDB-dəki tərəfdaşlarımıza təqdim olunsun.

Rusiya Mərkəzi Seçki Komissiyasından nümayəndələr isə bizim dəvətimizlə gəlirlər. Onların seçkiləri müşahidə etmək üçün iki kanalı var: biri MDB tərəfdaşları ilə birlikdə, digəri isə fərdi şəkildə bizim dəvətimiz əsasında. Biz bütün tərəfdaş ölkələrin seçki orqanlarının nümayəndələrini dəvət edirik. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri xanım Pamfilova ilə son görüşümüzdə o, məni sentyabrda keçiriləcək parlament seçkilərinə dəvət etdi, mən də onu iyunda keçiriləcək parlament seçkilərimizə dəvət etdim”.

Rusiya səfiri ilə görüşdə rusiyapərəst qüvvələrin və şəxslərin seçkilərdə iştirakı məsələsinin müzakirə olunub-olunmadığı barədə suala cavab olaraq Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri bildirib: “Mərkəzi Seçki Komissiyası siyasi olmayan qurumdur və sizi əmin edirəm ki, səfirlər, beynəlxalq təşkilatlardakı tərəfdaşlarımız bizə gələndə qanunvericiliyimizə hörmət edirlər. Onlar Mərkəzi Seçki Komissiyasının siyasi olmayan, neytral statusunu bilirlər və heç vaxt mandatımızdan kənara çıxan məsələlər qaldırmırlar.

Mərkəzi Seçki Komissiyasında Estoniya, Litva və Qazaxıstan səfirləri ilə də görüşlər keçirilib. Səfirlər qarşıdan gələn seçkilərdə müşahidəçi kimi iştirak etməyə hazırlaşdıqları üçün onlar mütəmadi olaraq Mərkəzi Seçki Komissiyasına baş çəkirlər. Eyni zamanda onların vasitəsilə biz həmin ölkələrin seçki qurumları ilə əlaqələrimizi qoruyuruq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin