Ordu.az xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının bəyanatında qeyd olunub.
“İkitərəfli münasibətlərin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu müzakirələr Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada bu yaxınlarda keçirilmiş görüş fonunda baş tutub. Ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aktiv birgə işin vacibliyi vurğulanıb. Bu, o cümlədən ticarət, iqtisadi, mədəni və humanitar sahələri, eləcə də birgə inteqrasiya birlikləri çərçivəsində əməkdaşlığı əhatə edir”, - deyə nazirlikdən bildirilib.
Məlumata görə, tərəflər həmçinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat əlaqələrinin qurulması, eləcə də 3+3 regional əməkdaşlıq platformasının fəaliyyətinin davam etdirilməsi baxımından regional məsələləri müzakirə ediblər.
Alpər Mövludoğlu
Ordu.az