Ermənistan və İsveçrə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

2026/04/1775489688.jpg
Oxunub: 467     16:40     10 Aprel 2026    
Aprelin 9-da İrəvanda Ermənistan və İsveçrə Konfederasiyasının xarici siyasət qurumları arasında siyasi məsləhətləşmələr keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Məlumata görə, məsləhətləşmələrin başlanğıcında Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan çıxış edərək iştirakçıları salamlayıb. O, regional cari inkişafları təqdim edərək Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda formalaşan müsbət dinamika, eləcə də Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişaf meyillərinə toxunub.

Qeyd edilib ki, məsləhətləşmələr daha sonra Ermənistan XİN-in Avropa idarəsinin rəisi Hakob Sarkisyan və İsveçrənin Xarici İşlər üzrə Federal Departamentinin dövlət katibinin müavini, Avrasiya regionu idarəsinin rəisi Pier-İv Fuksun rəhbərliyi ilə davam etdirilib.

“Məsləhətləşmələrdə Ermənistan tərəfindən Ermənistan XİN-in çoxtərəfli siyasət və inkişaf əməkdaşlığı idarəsinin rəisi David Knyazyan da iştirak edib. İkitərəfli sahəvi əməkdaşlığın inkişafı ilə bağlı bir sıra məsələlərə, o cümlədən iqtisadiyyat, yüksək texnologiyalar, təhsil sahələrində qarşılıqlı fəaliyyətə, eləcə də çoxtərəfli platformalarda formalaşmış səmərəli əməkdaşlığın dərinləşdirilməsinə toxunulub. Beynəlxalq əhəmiyyətli bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İsveçrə  


Bizi "telegram"da izləyin