Ordu.az xəbər verir ki, bu barədə CNN Avropa diplomatik mənbələrinə istinadən məlumat yayıb.
“Diplomatlardan biri bildirib ki, Tramp bu öhdəliklərin bir neçə gün ərzində götürülməsində israr edib. Digər diplomat isə qeyd edib ki, məsələ təkcə ABŞ üçün deyil, həm də Avropa üçün təcili xarakter daşıyır”, - deyə telekanal xəbər verib.
CNN-in mənbələrinə görə, Rutte Trampa izah edib ki, NATO müttəfiqləri ABŞ-İsrailin İrana qarşı əməliyyatından “tamamilə təəccübləniblər” və bildirib ki, alyans ölkələri Hörmüz boğazının açıq qalmasını təmin etmək üçün koalisiya çərçivəsində fəaliyyət göstərirlər.
Sevinc Əliyeva
Ordu.az