KİV: “Tramp yolu” Qazaxıstan üçün böyük əhəmiyyət daşıyır

2026/04/1775750441.jpg
Oxunub: 433     15:40     11 Aprel 2026    
Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev rəsmi səfərlə Ermənistana səfər etdi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, nümayəndə heyətinə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev də daxil olub.

“Xarici İşlər Nazirliyində xarici işlər nazirlərinin təkbətək görüşü, daha sonra isə geniş tərkibdə müzakirəsi keçirilib.

Qazaxıstan nümayəndə heyəti ötən gün Azərbaycanda olub, Prezident İlham Əliyevlə görüşüb, regional nəqliyyat layihələrinin, o cümlədən “Tramp yolu”nun (Zəngəzur dəhlizi-red.) həyata keçirilməsini, eləcə də üçüncü ölkələrdə birgə Azərbaycan-Qazaxıstan investisiyalarının mümkünlüyünü müzakirə edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev və nəqliyyat naziri Nurlan Sauranbayevlə Prezident İlham Əliyevin görüşü zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeyd edilib”, - deyə məqalədə qeyd olunub.

Təhlildə bildirilir ki, “Tramp yolu” Qazaxıstan üçün böyük əhəmiyyət daşıyır, çünki Azərbaycan ərazisi vasitəsilə məhsulların tranzitinə imkan yaradır.

Bununla yanaşı, yazıda vurğulanır ki, Qazaxıstan nümayəndə heyətinin səfərinin başqa diqqətçəkən tərəfi də var.

“Cəmi bir neçə gün əvvəl Qazaxıstan bəyan etmişdi ki, Ermənistan və Rusiya ilə “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiyasının alınması ilə bağlı heç bir danışıqlar aparmır. Paşinyan bir neçə həftə əvvəl demişdi ki, konsessiyanın alınmasını nəzəri baxımdan Qazaxıstanın həyata keçirməsi onun üçün məqbul olardı. Lakin Rusiyanın sərt reaksiyasından sonra Qazaxıstan da bundan imtina etdi.

Buna baxmayaraq, mənbələrimizə görə, Qazaxıstan tərəfi ilə bu cür danışıqlar davam edib. Əslində Qazaxıstan nümayəndə heyətinin Ermənistanda nəyi müzakirə etdiyi məlum deyil, lakin heyətin tərkibində nəqliyyat nazirinin də olması son dərəcə diqqətçəkən nəticələr çıxarmağa əsas verir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin