Erməni ekspert: “İrəvanın Rusiyadan və AİB-dən imtinası ilk növbədə elə Ermənistanın özünə zərbə vuracaq”

2026/04/1775724982.jpg
Oxunub: 424     12:55     09 Aprel 2026    
“2018-ci ildən etibarən Ermənistandan Rusiyaya ixracın həcmi 5 dəfədən çox artıb, Avropa İttifaqına ixrac isə təxminən 5 faiz azalıb”.

Ordu.az xəbər verir ki, bu barədə erməni iqtisadçı, “Avrasiya Ekspert Klubu”nun üzvü Ağasi Tavadyan bildirib.

Onun sözlərinə görə, bunun bir neçə izahı var. “Birincisi odur ki, siyasi bəyanatlardan asılı olmayaraq, iqtisadiyyatımızın vektoru elə budur, yaxud ictimai auditoriyada kiməsə nəyisə göstərmək üçün hansısa bəyanatlar verilir, amma reallıq tamam başqa mənzərə göstərir. 2018-ci ildən başlayaraq Rusiya ilə əlaqələrimiz bu 8 il ərzində daha da sıxlaşıb”, - deyə Tavadyan izah edib.

Erməni iqtisadçının fikrincə, Rusiyadan və Avrasiya İqtisadi Birliyindən imtina ölkə üçün son dərəcə ağrılı ola bilər.

“Üstəlik, bu, Ermənistan belə bir addımı, məsələn, 2018-ci ildən əvvəl atsaydı, olacağından daha ağrılı olacaq”, - deyə Tavadyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tavadyan   Ermənistan  


Bizi "telegram"da izləyin