Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR

2026/04/1775721432.jpg
Oxunub: 367     11:35     09 Aprel 2026    
Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene Şəhidlər xiyabanını ziyarət edib.

Ordu.az xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Azərbaycan  


Bizi "telegram"da izləyin