Rusiyada “İrəvanın qeyri-dost bəyanatlarına güzgü cavablar verilməsi”nə çağırış edilib

2026/04/1775719371.jpg
Oxunub: 413     11:21     09 Aprel 2026    
İrəvan Avrasiya İqtisadi Birliyini tərk etməyəcək, çünki bu, Ermənistan iqtisadiyyatı üçün dağıdıcı zərbə olacaq.

Ordu.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov “İzvestiya”ya bildirib.

“Ermənistan heç vaxt AİB-dən çıxmayacaq. Bu, onun iqtisadiyyatı üçün ölümcül olar. Bundan başqa, hətta çıxsa belə, Avropa İttifaqına üzv olmalıdır. Bəs onu Aİ-də kim gözləyir və ya qəbul edir?” - deyə deputat bildirib.

Kalaşnikov əlavə edib ki, Rusiya İrəvandan səslənən qeyri-dost bəyanatlara güzgü cavab verməlidir.

Onun sözlərinə görə, Ermənistan üçün AİB-dən çıxmaq mənasızdır, çünki iqtisadiyyat ciddi itkilər verəcək və ilk növbədə erməni iş adamları zərər çəkəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin