İran XİN başçısı Azərbaycan, Səudiyyə Ərəbistanı, İspaniya və İraqın XİN rəhbərləri ilə danışıb

2026/03/1773819933.jpg
Oxunub: 360     10:48     09 Aprel 2026    
İran Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı apardığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranın xarici işlər naziri Bayramovu atəşkəs elanından sonra regionda baş verən son hadisələr barədə məlumatlandırıb.

Əraqçi həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, eləcə də İspaniya və İraqın xarici işlər nazirləri ilə telefon danışığında ikitərəfli münasibətləri və regional hadisələri müzakirə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İran  


Bizi "telegram"da izləyin