Paşinyanın Rusiya səfəri çərçivəsində erməni tərəfinə paştet, krab çubuqları və qara kürü hədiyyə edilib

2026/04/1775643855.jpg
Oxunub: 440     10:47     09 Aprel 2026    
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Oman Sultanlığına səfəri zamanı Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd bin Həmuddən Bəhla qalası formasında gümüş boşqab hədiyyə alıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “24News” nəşri Korrupsiyanın Qarşısının Alınması Komissiyasına istinadən məlumat yayıb.

Məlumata görə, hədiyyə 265 min dram dəyərində qiymətləndirilib.

Rusiya prezidentinin protokol rəhbəri Vladislav Kitayev Ermənistan Xarici İşlər Nazirliyinin dövlət protokolu xidmətinin rəhbəri Qaqik Vanoyana Nikol Paşinyanın Rusiya səfəri çərçivəsində də hədiyyə təqdim edib.

Bildirilir ki, Vanoyan Kitayevdən içərisində 3 şüşə şərab, 1 şüşə araq, 1 şüşə konyak, 4 qutu müxtəlif pendir, 3 ədəd müxtəlif kolbasa, 1 ədəd paştet, 3 qutu hisə verilmiş balıq çeşidi, 1 şüşə qabda krab çubuqları, 1 şüşə qabda qırmızı kürü və 1 qab qara kürünün olduğu taxta qutu alıb.

Bu hədiyyənin dəyərinin 336 min 500 dram olduğu qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya  


Bizi "telegram"da izləyin