Ordu.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından xaric edilmiş erməni deputat Hovik Ağazaryan parlamentdə jurnalistlərlə söhbətində bildirib.
“Çox qəribədir ki, niyə belə təsəvvür olmalıdır. Bəlkə “Avropa” deyənlər haqlıdır, mən heç nə demirəm, amma mən regional yanaşmanın tərəfdarıyam və mən Avropanın əleyhinəyəm”, - deyə o bildirib.
Paşinyanın yaxşı xarici, yoxsa yaxşı iqtisadi siyasət yürütməsi ilə bağlı suala cavab verən Ağazaryan deyib ki, Paşinyana elə gəlir, guya o, yaxşı xarici siyasət aparır.
“Ona elə gəlir ki, Trampın yanında manevr edə bilər, Makronun yanında manevr edə bilər, Avropada manevr edə bilər, sonra Putinin yanında manevr edə bilər.
Bir epizod danışım. Bir gün Nikol Paşinyan parlamentə gəldi və fraksiya ilə görüş zamanı dedi ki, o, İran İslam Respublikasının prezidenti ilə bu mövzuda danışıb və soruşub ki, əgər biz Avropa İttifaqına üzvlük üçün müraciət etsək, sizin probleminiz yoxdur? İran prezidenti də deyib ki, yox, problemimiz yoxdur. Bu o deməkdir ki, cənab baş nazir ya bizi axmaq yerinə qoyurdu, elə bilirdi ki, biz fars xalqının nə demək olduğunu, 6000 illik dövlətçiliyi olan xalqın nə olduğunu, fars diplomatiyasının nə olduğunu bilmirik, ya da özü yaxşı başa düşmür. Mən hesab edirəm ki, o başa düşürdü və manevr edirdi, bizi aldatmaq istəyirdi ki, guya rahat olun, burada problem yoxdur. Amma fars diplomatiyası nə vaxt tarixdə düz söz deyib? Min dəfədən bir dəfə, o da qarşısındakı anlamayan olanda”, - deyə Ağazaryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az