Ağazaryan “Tramp yolu”ndan danışıb: “Deməli, 99 illik sülh bir neçə günə darmadağın oldu”

2025/09/Ekran-1759247746.jpg
Oxunub: 461     10:31     09 Aprel 2026    
“Mən əminəm ki, qardaş, qəhrəman İran xalqı Amerika-İsrailin qeyri-insani, barbar addımlarına müqavimət göstərəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasınından xaric edilmiş deputat Hovik Ağazaryan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

“Əgər Allah eləməsin, müqavimət göstərə bilməsə və İsrail öz məqsədinə çatsa, halbuki İsrailin əsas məqsədi İranı parçalamaqdır, onda biz bilirik ki, hansı vahidlər yaranır, o halda “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) yoxdur. Əgər İran xalqı müqavimət göstərsə, o halda da “Tramp yolu” aktual olmayacaq. Deməli, o 99 illik sülh faktiki olaraq bir neçə günün içində darmadağın oldu.

“Tramp yolu” layihəsi dövriyyəyə buraxılanda orada təhlükəli bir bənd var idi. Əgər o bənd o cür olmasaydı, biz sakit şəkildə həm İran rəhbərliyi ilə, həm Rusiya ilə, həm də başqa dövlətlərlə danışa bilərdik ki, bunun dövlətimizin maraqlarına uyğun olduğunu göstərək.

Orada elə bir bənd var ki, tərəflər öz paylarını üçüncü tərəfə verə, sata və ya ötürə bilərlər. Bu, yolverilməz bənddir. Çünki həm İran İslam Respublikası, həm Rusiya, həm Gürcüstan, həm də Mozambik bilir ki, o üçüncü tərəf kimdir. Bu, Azərbaycan və ya Türkiyədir. Bu, demək olar ki, “Tramp yolu”nda Türkiyə, Azərbaycan, Rusiya, İran İslam Respublikası və Ermənistanın birgə iştirak etməsi ilə eynidir. Amma məncə, bu məsələ artıq gündəlikdə deyil”, - deyə Ağazaryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağazaryan   Ermənistan  


Bizi "telegram"da izləyin