Ordu.az xəbər verir ki, bunu “Vətəndaş Müqaviləsi” partiyasında xaric edilmiş erməni deputat Hovik Ağazaryan parlamentdə jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, baş nazirin “əgər onlar seçilməsələr, sentyabrda müharibə olacaq” bəyanatı çox yanlış yanaşmadır.
“Azərbaycan niyə müharibəyə getsin, öz gənclərini qurban versin? Deməli, o, müharibənin nəticəsində nəsə əldə etməlidir. Deməli, əgər Nikol Paşinyan yenidən seçilirsə, müharibə olmur və məntiqlə Azərbaycan istədiyi şeyi müharibəsiz əldə edir.
Məsələn, o istənilən şey azərbaycanlı qaçqınların Ermənistana qayıtmasıdır. Əgər mən hesab edirəmsə ki, azərbaycanlı qaçqınların qayıtması Ermənistanın dövlət kimi sonunun başlanğıcıdırsa, onda Nikol Paşinyan qalacağı halda biz Ermənistanın sonunun başlanğıcının ilk addımını atırıq. Əgər Nikol Paşinyan yenidən seçilmirsə, başqa qüvvələr hakimiyyətə gəlirsə, ehtimal olunan müharibə halında biz həmin sonun başlanğıcına ayaq basmamaq imkanı əldə edirik. Buna görə də məntiq nədir ki, Nikol Paşinyan yenidən seçilsin? Bunun məntiqi yoxdur”, - deyə Ağazaryan bildirib.
O həmçinin əminlik ifadə edib ki, “Tramp yolu”nun (Zəngəzur dəhlizi-red.) məqsədi Rusiyanı regiondan sıxışdırmaq, İranı isə zəiflədib təcrid etməkdir.
“ABŞ və Avropanın əsas hesabı budur”, - deyə o əlavə edib.
Erməni deputat həmçinin bildirib ki, İran ABŞ və İsrailə müqavimət göstərməklə Ermənistanı mümkün ərazi itkilərindən xilas edib.
Alpər Mövludoğlu
Ordu.az