Ordu.az xəbər verir ki, bu barədə fotomüxbir Qaqik Şamşyan məlumat yayıb.
Məlumata görə, yük maşınını Armavir vilayətinin sakini, 42 yaşlı Hovhannes Aleksanyan, VAZ 21014 markalı avtomobili isə Vanadzor şəhərinin sakini, 30 yaşlı Tatul Tonoyan idarə edib.
Nəticədə sürücü Tatul Tonoyan və onun sərnişini, Vanadzor şəhərinin sakini, 26 yaşlı Karmen Babayan hadisə yerində ölüb.
Bundan əvvəl bildirilmişdi ki, aprelin 8-də Lori vilayətində iri yol-nəqliyyat hadisəsi baş verib.
Saat 15:50 radələrində Vanadzor-Spitak avtomobil yolunun 10-cu kilometrliyində DAF markalı yük maşını ilə VAZ 21014 toqquşub.
Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Alpər Mövludoğlu
Ordu.az