Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, son günlərdə bir sıra siyasi qüvvələr və şəxslər onun dəstəklənməsi və ya əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.
“İlk olaraq, “Güclü Ermənistan” partiyasının şura üzvü Narek Karapetyan ittifaqın yaradılması ilə bağlı memorandum imzalayıb. Memorandum “Yeni dövr” partiyasının sədri Harutyun Harutyunyan və “Birləşmiş ermənilər” partiyasının fəxri sədri, səlahiyyətli nümayəndəsi Nairi Sarkisyan ilə imzalanıb.
Memorandumu imzalayan siyasi partiyalar bildiriblər ki, “Güclü Ermənistan” partiyasının siyasi gündəliyi və seçki proqramı ətrafında birləşirlər və dövlətçiliyin möhkəmləndirilməsi, milli və mənəvi dəyərlərin qorunması, effektiv və hesabatlı idarəetmə, iqtisadi sabit inkişaf, hüquqi və sosial ədalətin və həmrəyliyin təmin edilməsi prinsipləri əsasında fəaliyyət göstərəcəklər.
Qeyd olunur ki, formalaşan ittifaqın ideoloji əsası Samvel Karapetyanın irəli sürdüyü milli-dövlət və dəyər yanaşmaları ilə uyğunluq təşkil edir və tərəflər həmin ideoloji baza ətrafında birləşməyə hazır olduqlarını bildirirlər”, - deyə nəşr bildirib.
“Joğovurd” yazıb ki, daha sonra “İrs” partiyası seçkilərdə iştirak etməyəcəyini açıqlayıb və tərəfdarlarını Samvel Karapetyanın rəhbərlik etdiyi ittifaqı dəstəkləməyə çağırıb.
“Azadlıq” partiyası, keçmiş baş nazir Hrant Baqratyanın rəhbərlik etdiyi partiya da Karapetyanı dəstəklədiyini bəyan edib. Ermənistan Demokratik Milli Birliyi partiyası rəsmi şəkildə bildirib ki, Karapetyanın rəhbərlik etdiyi ittifaqı dəstəkləyir və geniş birləşmənin vacibliyini vurğulayıb.
Siyasi partiyalar qarşıdan gələn seçkilərdə vahid siyasi ittifaqla, “Güclü Ermənistan Samvel Karapetyan ilə” adı altında iştirak edəcəklər.
Hazırda aşağıdakı mənzərəni qeyd etmək olar:
• Samvel Karapetyanın ətrafında müxalif birləşmə formalaşır
• Həm keçmiş sistem nümayəndələri, həm də parlamentdən kənar qüvvələr dəstək verib
• Bir sıra partiyalar hətta seçkilərdə iştirakdan imtina edərək onun ittifaqını dəstəkləyir
• Eyni zamanda, bəzi iri siyasi qüvvələrlə əməkdaşlıq yoxdur
Əlavə edək ki, dünən “Güclü Ermənistan” partiyasının keçirilən qurultayında seçki siyahısının ilk 30 namizədi təsdiqlənib. Belə ki, mediaya görə, ilk yeddilik aşağıdakı kimidir:
Narek Karapetyan
Aram Vardevanyan
Qohar Meloyan
David Qazinyan
Ruben Mxitaryan
Areqa Hovsepyan
Mamikon Aslanyan”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az