“Abxaziya”dan dəmir yolunun açılması Ermənistanın iqtisadi imkanlarına ciddi təsir edəcək” - Köçəryan

2026/03/1774549432.jpg
Oxunub: 498     00:00     09 Aprel 2026    
“Sabah deyəcəklər ki, 300 min azərbaycanlı Ermənistana qayıtmalıdır, əks halda yolu bağlayacağıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Böyük siyasət” podkastının dördüncü buraxılışı zamanı bildirib.

Sabiq erməni prezident qeyd edib ki, əvvəlki podkastda bu mövzu müzakirə olunandan sonra bir neçə gün əvvəl Abxaziyanın iqtisadiyyat naziri dəmir yolunun açılması məsələsinin nəzərdən keçirildiyini açıqlayıb.

Onun sözlərinə görə, bu, Ermənistan üçün yeni imkanlar açır və ölkənin iqtisadi perspektivlərinə ciddi təsir göstərə bilər.

“Bu, daha ucuz nəqliyyat xətti, Azərbaycanla bağlı olmayan yeni yol deməkdir.

Əgər onlar (Ermənistanın hazırkı hakimiyyətləri) dəyişsələr, əminliklə deyə bilərəm ki, Rusiya, Gürcüstan, “Abxaziya”, Soçi, Krasnodarla dəmir yolu əlaqələrini sürətlə açmaq mümkün olacaq. Bundan başqa, (“Abxaziya”) nazir yolu da qeyd edib. Lars 2,4 kilometr yüksəklikdədir və qışda orada problemlər yaranır. Rusiyaya aparan yeni yol hamının maraqlarına uyğundur: nə qədər çox yol olsa, bir o qədər yaxşıdır.

Azərbaycan ərazisindən keçən yol 700 kilometr daha uzundur. Halbuki daha qısa, daha təhlükəsiz yol variantı var və heç kim şərt irəli sürmür. Azərbaycan üçün yol təzyiq rıçağıdır. Sabah deyəcəklər ki, 300 min azərbaycanlı Ermənistana qayıtmalıdır, əks halda yolu bağlayacağıq”, - deyə Köçəryan bildirib.

Onun iddiasına görə, iki yolun olması yaxşı olsa da və bu rəqabət yaratsa da, Azərbaycan üzərindən keçən marşrut yenə də təzyiq vasitəsi olaraq qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin