Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.
Onun sözlərinə görə, erməni xalqı Avropa sammiti zamanı etiraz etməlidir.
“Əks halda, heç nə dəyişməyəcək. Marta Kos ciddi siyasətçidir, lakin Ermənistanda etiraz görmədiyi üçün Brüsselə gedib deyəcək ki, hər şey qaydasındadır. Bu isə fürsətin qaçırılmasıdır.
Əgər TRIPP Zəngəzur dəhlizidirsə, buna necə tərəf olursunuz? Bu, mənim üçün ziddiyyət yaradır. Zəngəzur dəhlizinə LEVIS şalvar geyindiriblər və deyirlər ki, bu, TRIPP-dir. İran müharibəsi səbəbilə layihə dayandırılıb, lakin Türkiyə və Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir və bir neçə ildən sonra onu açmağa hazırlaşır”, - deyə Aşotyan qeyd edib.
Aşotyan bildirib ki, əgər Nikol Paşinyan yenidən baş nazir olarsa, Ermənistan dövlətçiliyi ciddi zərbə alacaq.
Alpər Mövludoğlu
Ordu.az