Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib

2025/05/news_-1746779690.jpg
Oxunub: 615     12:25     09 May 2025    
Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı keçirilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, paradda Çin Sədri Si Cinpin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti İmaməli Rəhman və bir sıra digər xarici ölkə rəsmiləri iştirak ediblər.

Vladimir Putin parad başlamazdan əvvəl çıxış edib. İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Rusiya Prezidenti Vladimir Putin paradı qəbul edib.

Qeyd edək ki, Paradda Azərbaycan hərbçiləri keçid edib. Keçidə polkovnik-leytenant Samiq Məmmədov rəhbərlik edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Qələbə   Parad  


Bizi "telegram"da izləyin