CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib

2022/01/Japon-1643625146.jpg
Oxunub: 443     11:31     08 May 2025    
Hindistan və Pakistan arasında ən böyük hava döyüşü mayın 7-nə keçən gecə baş verib.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, Hindistan və Pakistan yeni tarixdə ən böyük hava döyüşlərindən birində iştirak ediblər.

"Pakistan və Hindistan qırıcıları arasındakı hava döyüşü yeni aviasiya tarixində ən geniş miqyaslı və uzunmüddətli döyüşlərdən biri olub", - Pakistanın təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli nümayəndəsi CNN-ə bildirib.

Telekanalın məlumatına görə, döyüşdə hər iki tərəfdən ümumilikdə 125 qırıcı təyyarə iştirak edib.

Pakistan təhlükəsizlik qüvvələrindəki mənbələr CNN-ə bildirib ki, Hindistan tərəfinin hücumu zamanı Pakistan HHQ beş Hindistan qırıcısını və bir PUA-nı vurub.

Qeyd olunub ki, tərəflərdən heç biri qarşı tərəfin hava məkanını pozmayıb, raket zərbələrinin mübadiləsi bəzən 160 kilometrdən artıq məsafədə baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin