Ordu.az-ın Ukrayna KİV-lərinə istinadən veridiyi məlumata görə, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
Danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Kit Kelloq iştirak ediblər.
O həmçinin bildirib ki, danışıqlarda Fransa Prezidentinin müşaviri Emmanuel Bonn, Böyük Britaniyanın Baş nazirinin müşaviri Conatan Pauell və Almaniya kanslerinin müşaviri Günter Zautter iştirak ediblər.
A.Yermak qeyd edib ki, Ukrayna tərəfi danışıqlar zamanı ədalətli və dayanıqlı sülhə doğru ilk addımın tam və şərtsiz atəşkəs olmalı olduğunu vurğulayıb.
Ordu.az